Qeyri-adi görünüşlü asteroidin ən yaxşı görüntüsü əldə edilib - FOTO/VİDEO

07:00 11-09-2021 26

Astronomlar “Kleopatra” adlı, qəribə, sümük formalı asteroidin ən yaxşı görüntülərini əldə ediblər. Məlum olub ki, səma cismi əvvəlcədən düşünüldüyündən daha böyük imiş.

Günəş ətrafında, Mars və Yupiter arasında dövr edən asteroidinin uzunluğu 168 mil (təqribən 270,37km), eni 58 mil (93,342 km) hesablanıb (Əvvəlki hesablamaların onun uzunluğu 134 mil (215,652) və eni 58 mil (93,342) düşünülürdü).

Qeyd edək ki, kosmik cismin qəribə forması var: o, sümüyə bənzəyir.

Asteroid ilk dəfə 1880 -ci ildə avstriyalı astronom İohann Palis tərəfindən kəşf edilib.

Çilidəki Avropa Cənub Rəsədxanasının teleskopundan alınan yeni görüntülərdə qəribə asteroidin fərqli bucaqları əks olunub.

2017-2019-cu illərdə çəkilən fotolar Kaliforniyanın Mountain View şəhərindəki SETI İnstitutunun rəhbərlik etdiyi beynəlxalq qrup tərəfindən tədqiq olunub.