Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? - AÇIQLAMA

18:00 11-09-2021 31

Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur.

Bu barədə HerGun.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzinə əks-göstəriş sertifikatı təqdim edilə bilər:

“Əks-göstəriş sertifikatı vaksin pasportu və immunitet sertifikatı ilə eynihüquqludur. Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslərə iri ticarət mərkəzlərinin, mehmanxanaların və ictimai iaşə obyektlərinin qapalı məkanlarında göstərilən xidmətlərdən istifadəsində hər hansısa məhdudiyyət tətbiq olunmur”.

Könül Cəfərli