Fransanın keçmiş səhiyyə naziri koronavirus pandemiyası ilə əlaqədar məhkəməyə verilib

21:40 11-09-2021 20

Fransanın keçmiş səhiyyə naziri Aqnes Buzin koronavirus pandemiyası ilə əlaqədar istintaqa cəlb edilib.

Respublika Məhkəməsinin prokuroru Səhiyyə Nazirliyinin keçmiş başçısının insanların həyatını riskə atması ilə əlaqədar istintaq altında olduğunu bildirib.

Buzin iclasda iştirak edib və bunu özünü izah etmək, həmçinin həqiqəti ortaya çıxarmaq üçün böyük bir fürsət olduğunu bildirib. O, Fransanın səhiyyə sahəsində qlobal böhrana hazırlaşarkən hökumətin və ya öz hərəkətlərinin gözdən salınmasına icazə verməyəcəyini əlavə edib.

Qeyd edək ki, 2017-ci ilin mayından səhiyyə naziri olan Buzin Fransada ilk koronavirus hadisələrinin təsdiqlənməsindən bir neçə həftə sonra (2020 -ci ilin fevralında) istefa vermək məcburiyyətində qalıb. Qurumun keçmiş rəhbəri Çindən infeksiyanın ölkəyə gələ biləcəyi riskinin, eləcə də əhali arasında geniş yayılma ehtimalının olmadığını bildirmişdi.

Mənbə: “France 24”