Yeni nazir Bakı Su İdmanı Sarayının fəaliyyəti ilə tanış oldu – FOTO

18:20 14-09-2021 17

Bu gün gənclər və idman naziri Fərid Qayıbov Bakı Su İdmanı Sarayında olub.

HerGun.Az xəbər verir ki, o, üzgüçülük üzrə milli komandanın üzvləri, federasiya rəsmiləri ilə görüşərək onları dinləyib.

Görüşdə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, Su İdmanı Sarayının direktoru Elçin Həsənov və digər şəxslər də iştirak edib. Görüş zamanı nazirə komandaların hazırlıq prosesi, federasiyanın fəaliyyəti, görülən işlər, çətinliklər, qarşıda duran vəzifələr barədə məlumat verilib, fikir mübadiləsi aparılıb. 

Daha sonra nazir Fərid Qayıbov Su İdman Sarayının fəaliyyəti və imkanları ilə yaxından tanış olub.

Qeyd edək ki, yeni nazir təyin olunmuş Fərid Qayıbov dünən AFFA-ya baş çəkmişdi.