Xəstəxanada şəhid atasına qarşı zorakılıq edilib? - VİDEO

13:40 09-10-2021 25

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında şəhid ailəsinə qarşı zorakılıq iddiaları ilə bağlı videoçarx yayılıb. 

HerGun.Az xəbər verir ki, videoşikayətdə zorakılığa məruz qaldığını iddia edən şəhid atası danışıb. Gədəbəy rayonunun Novoivanovka kənd sakini, şəhid Bayram Qasımovun atası Arzu Bayramov iddia edir ki, sənəd məsələsi ilə bağlı müraciət etdiyi Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında təhqir edilib:

“Ayın 6-da Gədəbəy rayon mərkəzi xəstəxanasına sənədlə bağlı müraciət etdim. Orada kabinetlərdən birinin qarşısında bir saat gözlədim. Qapı açılmadığı üçün qapını döydüm. Qapını Bayram adlı həkim açdı. Qapıdan girəndə məni kobud qarşıladı və sinəmdən itələdi. Şəhid atasıyam deyib, vəsiqəni göstərdim. Mənə dedi ki, “Onu mənə niyə göstərirsən? Mən nə edim şəhid atasısan? Mənim özüm də qaziyəm, çıx cəhənnəm ol burdan”.

Baş həkimi əvəz edən Əmirxan həkimin yanına getdim və vəziyyəti dedim. O da Bayram həkimi çağırdı ki, məndən üzr istəsin. Bayram həkim otağa gəldi və hətta onun yanında başladı məni təhqir etməyə. Əmirxan həkimin otağında əlbəyaxa dava oldu, kənd sakinləri bizi ayırdı. Onlar şəhid ailəsinə hörmət qoymurlarsa, digər vətəndaşlarla necə davranırlar? Xahiş edirəm bununla bağlı tədbir görülsün”.

Könül Cəfərli