Mətbuata rüşvət verdiyi iddia edilən gənc kansleri əvəz edəcək şəxsin adı məlum oldu

21:20 10-10-2021 25

Oktyabrın doqquzunda rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə əlaqədar vəzifəsindən istefa verən Avstriya kansleri Sebastyan Kurtsun səlahiyyətlərini Avstriyanın hazırkı xarici işlər naziri Aleksander Şallenberq icra edəcək.

Bu barədə Avstriya Prezidentinin dəftərxanası məlumat yayıb.

Qeyd edək ki, Avstriya kansleri Sebastyan Kurts və onun doqquz nəfər yaxın ətrafı mediaya rüşvət verməkdə günahlandırılır.

İddiaya görə, onlar öz siyasi fəaliyyətlərini uğurlu təqdim etmək məqsədi ilə dövlət vəsaitindən bəzi kütləvi informasiya vasitələrinin hesabına pul köçürüblər.

Mənbə: “Spiegel”