Əfqan qadınlar qızların məktəblərə getməsinə qoyulan qadağaların ləğvini tələb edib - VİDEO

08:40 11-10-2021 22

Kabildə bir qrup qadın yuxarı yaşlı qızların məktəbə getməsinə qoyulan qadağaya qarşı etiraz aksiyası keçiriblər.

“Taliban” rəhbərliyi isə bildirir ki, ölkədə təhlükəsizlik və təhsillə bağlı bir sıra texniki məsələləri həll edəndən sonra yuxarı sinifdə oxuyan qızların məktəblərə getməsinə mane olmayacaqlar.

Əfqanıstanda bu günə qədər yalnız Bəlx, Künduz və Səri-Pul vilayətinlərində bütün yaşda olan qızların məktəblərə getməsinə icazə verilib.

Mənbə: “Sputnik” Əfqanıstan