Məşhur rusiyalı vəkil qohumunu evə çağırdıqdan sonra intihar etdi - FOTO

07:20 10-11-2021 37

Rusiyada məşhur vəkil Artur Vorobyovun öz mənzilində intihar edib. Bundan əvvəl o, qohumunu yanına dəvət edib və iddiaya görə, qızdırması olduğundan həkim çağırmasını istəyib. Sonra vəkil  həkimlərin gəlişindən əvvəl özünü qaydaya salması lazım olduğunu deyərək, qonağını qonşuya göndərib. Özü isə hamam otağında özünü silahla vurub.

Mərhum intihar məktubu qoyub.

“Bitdi, yoruldum, gedirəm. Vəsiyyətnaməmi çoxdan yazmışam. Seyfləri açıq qoyuram ki, heç kim sındırmasın”, - deyə ölümqabağı məktubunda yazıb.

Qeyd edək ki, Vorobyov təkcə hüquqşünas deyil, həm də alim idi. 2008-ci ildə o, hüquq fəlsəfəsi, politologiya və hüquqşünaslığın müxtəlif sahələri baxımından vəkillik peşəsi fenomenini tədqiq etdiyi ““Yukos işi” - Rusiya hüquq peşəsinin güzgüsü kimi” kitabını nəşr edib.

Mərhum həmçinin Moskva Şəhər Vəkillər Kollegiyasının üzvü olub.