İstanbuldan Bakıya uçan təyyarə güclü külək səbəbindən bir saat havada qaldı - VİDEO

22:40 10-11-2021 32

Bakıda müşahidə edilən əlverişsiz hava şəraiti bir sıra fəsadlarla yanaşı hava nəqliyyatında da problemlər yaradıb.

Belə ki, axşam saatlarında başlayan və gecəyə doğru sürətini artıran güclü külək İstanbuldan Bakıya uçan Türk Hava Yollarına məxsus təyyarənin hava limanına enməsinə mane olub.

Təxminən bir saat havada gözləyən təyyarə nəhayət eniş üçün imkan tapıb və salamat şəkildə Heydər Əliyev adına Hava Limanına düşüb.

Həmin görüntüləri təqdim edirik: