Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sədr təyin olunub

18:00 11-11-2021 37

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

Bu vəzifəyə Anar Rzayev gətirilib. 

O, indiyə qədər ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəis müavini işləyib.

Qeyd edək ki, A.Rzayev 1973-cü ildə Bakıda anadan olub, Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsini bitirib.

1994-1995-ci illərdə ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində təhsil alıb. O, ötən il ölkə prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.