Abşeronda küt alətlə xəsarət yetirilən sürücü qarət olundu

14:20 12-11-2021 32

Abşeron Rayon Polis İdarəsinə noyabrın 7-də saat 02:00 radələrində Hökməli qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Həsənovun idarə etdiyi “Chevrolet” markalı avtomobildə sərnişinin onun baş nahiyəsinə küt alətlə xəsarət yetirərək mobil telefonunu alması barədə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məhərrəmli müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.