Almaniyada 12 min hərbçi tibb işçilərinə kömək üçün səfərbər edildi

06:00 14-11-2021 32

Almaniyada 12 min hərbçi pandemiyanın dördüncü dalğası fonunda tibb işçilərinə kömək etmək üçün səfərbər ediləcək.

Qeyd olunur ki, ehtiyatda olan hərbçilər vaksinasiya prosesində iştirak edəcək, tibb müəssisələrinə maddi-texniki yardım göstərəcəklər, zərurət yaranarsa xəstəxanaların inşasında iştirak edəcək, nəqliyyat xidmətləri göstərəcəklər.

Bildirilir ki, Almaniyada hərbçilər tərəfindən müvafiq yardım pandemiyanın ikinci və üçüncü mərhələsində də həyata keçirilib.

Mənbə: Der Spiegel