Bakıda şadlıq evində yanğın olub

23:00 21-11-2021 395

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.

Bildirilib ki, Xətai rayonunda ümumi sahəsi 2 000 m² (hər mərtəbəsi 1 000 m²) olan ikimərtəbəli şadlıq sarayının mətbəxinin havalandırma sistemində mühərrik və yağ qalıqları, bitişik çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində qismən bir ədəd pəncərə çərçivəsi yanıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Şadlıq sarayı və bitişik bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.