Zahid Oruc: “Azərbaycanın “Qələbə formulu” geniş tədqiqat və müzakirə mövzusuna çevrilib”

16:00 24-12-2021 651

“Sosioloji tədqiqatda Prezidentin cari 2021-ci ilin ikinci yarısı üzrə siyasi, hərbi və diplomatik, sosial və mədəni sahələrdə, informasiya cəbhəsində çoxşaxəli və olduqca zəngin fəaliyyəti vətəndaşlarımızın rəyində əks etdirilib”.

HerGun.Az-ın məlumatına görə, bunu Sosial Xidmətlər Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib.

Onun sözlərinə görə, rəy sorğusu dövlətçilik tarixində ilk dəfə zəfərin bir illiyi kimi misilsiz salnamənin yazıldığı ili, azad Qarabağda bərpa və quruculuq mərhələsini əhatə edir:

“Sözü gedən dövrdə Azərbaycan xalqı öz siyasi liderinin milli maraqlara və qətiyyətli siyasi iradəsinə əsaslanan qərarları sayəsində Qarabağda döyüş meydanında əldə edilən şanlı zəfərin siyasi, diplomatik, hüquqi, hərbi strateji və informasiya müstəvilərində ardıcıl və davamlı möhkəmləndirilməsi, Qələbəmizin beynəlxalq və qlobal miqyasda özünütəsdiqi və etirafının şahidi olub. Azərbaycanın əldə etdiyi yeni hərbi-geosiyasi üstünlük və statusu, analitiklərin “Azərbaycanın müharibə modeli”, “Qələbə formulu” kimi adlandırdığı yeni hadisə geniş tədqiqat və müzakirələrin mövzusuna çevrilib”.

“Təqdim edilən növbəti İnam indeksinin adını simvolik olaraq, “Zəfərlərə davam və inam” kimi də ifadə etmək olar.

Qalibiyyət siyasətinin davamı olaraq, nəinki ölkəmizdə milli-lokal, eləcə də, regional və qlobal proseslərin gedişatının kökündən və xeyrimizə dəyişməsi-prezident İlham Əliyevin strateji təfəkkürə əsaslanan fəaliyyətinin: Birinci vitse-prezidenti Mehriban Əliyevanın sərrast ifadəsi ilə “onu güc mənbəyi olan Azərbaycan xalqının sevgisi, etimadı, inamı və dəstəyi fədakarlıqla doğrultması sayəsində gerçəkləşir”, - deyə o qeyd edib.

İlhamə Əbülfət