11 ayda vətəndaşlara nə qədər pensiya, müavinət, təqaüd və yardım ödənilib? - RƏSMİ

18:00 25-12-2021 426

2021-ci ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 5,43 milyard manat vəsait ödənilib.

Bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, bu da ötən ilin eyni dövründə müvafiq istiqamət üzrə ödənilən vəsaitə nisbətən 3,2 % və ya 167 milyon manat çoxdur.