Bakıda Həmrəylik Gününə həsr olunan atletika yarışı keçirildi - FOTO

22:00 25-12-2021 443

Bu gün 2008-2011-ci il idmançılar (U-14) arasında “Dynamic New Athletics” Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan Tofiq Qarayevin mükafatı uğrunda atletika yarışı keçirilib.

HerGun.Az-ın xəbərinə görə, yarış qız və oğlanlar arasında qaçış (50 m, 40 m s/q, 2x100 m estafet), uzunluğa tullanma və 1 kq çəkisi olan topları uzağa atma üzrə təşkil olunub.

Yarışa Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadənin açılış nitqindən sonra start verilib.