ÜST-dən “Omikron” variantı ilə bağlı açıqlama: “Böyük narahatlıq duyuruq”

05:00 30-12-2021 458

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni “Omikron” variantı iə bağlı açıqlama verib.

Qurumun sədri Tedros Adanom Qebreyesus “Omikron”un dünyada sunami təsiri yarada biləcəyindən böyük narahatlıq hissi keçirdiklərini bəyan edib.

O, bugünki mətbuat konfransı zamanı yeni ştammın ciddiyə alınmamasının ağır nəticələrə gətirib çıxara biləcəyilə bağlı dünya ictimaiyyətinə xəbərdarlıq edib.

Təşkilat rəhbəri insanları Yeni il şənliklərinə toplaşarkən ehtiyatlı davranmağa çağırıb.

Mənbə: “Anadolu”