Pirotexniki vasitələr satan şəxs cərimələndi

14:00 31-12-2021 170

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi profilaktik tədbirlər zamanı rayon sakini R.Zeynalovun yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satışı ilə məşğul olduğu müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, faktla bağlı R.Zeynalov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.