Gürcüstanda “Amazon”, “Google”, “Microsoft”, “Netflix” və “Meta”nın məlumat bazaları yerləşdirilə bilər

02:00 01-01-2022 182

“Amazon”, “Google”, “Microsoft”, “Netflix” və “Meta” öz məlumat mərkəzlərini Gürcüstanda yerləşdirə bilər.

Bu tədbirin Gürcüstan hökumətinin yaxın on ildə ölkəni regionun rəqəmsal mərkəzinə çevirmək planları çərçivəsində həyata keçirilməsi mümkündür.

Rabitə üzrə Milli Komissiyanın rəhbəri Kaxa Bekauri bildirib ki, bu, ölkəyə 1,5 milyard dollar gəlir gətirəcək.

“Gürcüstan unikal coğrafi mövqeyə malikdir. Belə ki, o, regionda Avropa ilə birbaşa infrastruktur əlaqəsi olan yeganə ölkədir”, - deyə Bekauri qeyd edib.

Mənbə: “Sputnik Georgia”