Donnarumma koronavirusa yoluxub

00:00 05-01-2022 133

İtaliya millisinin və Fransanın “Paris Sen-Jermen” futbol klubunun qapıçısı Canluici Donnarumma koronavirusa yoluxub.

Bu barədə PSJ-nin mətbuat xidməti məlumat yayıb.

Qapıcının təcrid olunduğu bildirilir.

Bu mövsüm 22 yaşlı Donnarumma PSJ-nin heyətində bütün yarışlarda 11 oyun keçirib. O, yayda İtaliyanın “Milan” komandasından transfer olunub.

Qeyd edək ki, Donnarumma 2021-ci ilin yayında İtaliya millisi ilə Avropa çempionatının qalibi olub. İtaliyalı qapıçı Avropa çempionatının bütün oyunlarında start heyətində yer alıb. Noyabr ayında Donnarumma “France Football” jurnalının Lev Yaşin mükafatını qazanıb.

Mənbə: TASS