Antonio Kassano xəstəxanaya yerləşdirilib

08:00 06-01-2022 130

İtaliya millisinin sabiq futbolçusu Antonio Kassanonun səhhətində ciddi problemlər yaranıb.

Bir müddət öncə koronavirusa yoluxan veteran hücumçunun vəziyyəti ağırlaşıb. Onun xəstəxanaya yerləşdirildiyi bildirilib.

Futbolçunun Milad bayramı zamanı COVID-19-a yoluxduğu və hazırda Genuyadakı San-Martino xəstəxanasında müalicə aldığı qeyd olunub.

Mənbə: championat.com

Xəbər lenti