Messi “Lion”la oynamayacaq

19:00 08-01-2022 154

PSJ-nin  hücumçusu Lionel Messi Fransa çempionatında “Lion”la matçda oynamayacaq.

Parislilər argentinalının yaxın günlərdə koronavirusdan sağalmağa davam edəcəyini bildiriblər.

Anxel Di Mariya, Julian Draxler, Danilu Pereyra, Leven Kurzava və Canluici Donnarumma koronavirus testləri müsbət çıxdığı üçün özlərini təcrid ediblər.

Yarımmüdafiəçi Neymar zədəsini sağaltmağa davam edir və təxminən 3 həftəyə qayıdacağı gözlənilir.

Mənbə: Sports.ru