Bakıda 35 yaşlı kişi intihara cəhd edib

10:00 09-01-2022 45

Bakıda 35 yaşlı kişi intihara cəhd edib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

1987-ci il təvəllüdlü Əliyev Cavid Azər oğlu şüşə parçası ilə özünə xəsarət yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki saidin çoxsaylı kəsilmiş yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.