Hulusi Akar: “Azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildiririk”

18:00 09-01-2022 78

Dostlarımızı, qardaşlarımızı və müttəfiqlərimizi, xüsusilə Azərbaycan və Liviyanı dəstəkləyərkən dünyada sülhə tövhə veririk.

Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Sarıqamış əməliyyatında həlak olanların anım mərasimində deyib.

Nazirin çıxışı müdafiə nazirliyi tərəfindən yayılıb.

O bildirib ki, tarixi prosesdəki fəlakətləri, çətinlikləri azərbaycanlı qardaşlarımızla birlikdə yaşadığımız kimi, bundan sonra da “iki dövlət, bir millət” anlayışı ilə kədərdə, sevincdə bir yerdə olmağa davam edəcəyik.

 “Sarıqamış şəhidlərinin xatirəsini yad etdiyimiz bu gündə Qafqaz Cəbhəsində əsir düşən əsgərlərimizə kömək əlini uzadan azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildiririk. Nargin adasında əsir düşərgəsində son dərəcə əlverişsiz şəraitdə həyat mübarizəsi aparan əsgərlər Azərbaycan türklərinin köməyi sayəsində sağ qala bildilər”, - deyə Akar qeyd edib.

Xəbər lenti