Obamanın keçmiş müşaviri dələduzluğunu etiraf etdi

02:00 15-01-2022 139

ABŞ Ədliyyə Nazirliyi bildirib ki, ölkənin 44-cü prezidenti Barak Obamanın keçmiş administrasiya rəsmisi Set Endryu fırıldaqçılıqda günahını etiraf edib.

O, 2005-ci ildə Nyu-Yorkda dövlət məktəbləri şəbəkəsinin yaradılmasına kömək edib. Bu prosesdə onun külli miqdarda vəsaitləri mənimsədiyi qeyd edilib.

2013-cü ildə müttəhim bu işi tərk edərək ABŞ Təhsil Departamentində işə düzəlib və daha sonra 2016-cı ilədək Ağ Evdə baş məsləhətçi vəzifəsində çalışıb.

Obama administrasiyasının keçmiş əməkdaşı üçün mümkün olan maksimum cəza 20 il həbsdir. Endryu oğurladığı vəsaitə görə məktəb şəbəkəsinə təzminat ödəməyə razı olub.

İşlə bağlı aprelin 14-də hökm oxunacağı gözlənilir.

Mənbə: “RİA Novosti”