“Olimpiakos” klubunun futbolçusunu “bita” ilə döyüblər

02:00 16-01-2022 147

Yunanıstanın “Olimpiakos” klubunun portuqaliyalı müdafiəçisi Ruben Semedu naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

Yunanıstan mətbuatı yazır ki, üç nəfər maskalı şəxs 27 yaşlı futbolçunu Glifadadakı evinin qarşısında “bita” ilə döyüblər.

R. Semedu özü hadisə barədə polisə məlumat verib.

Polis araşdırmaya başlayıb. Hadisə yerinə təcili tibbi yardım maşını gəlib.

Yunanıstan klubu rəsmi açıqlama yayaraq, hadisəni pisləyib və polisin futbolçunu döyməkdə günahkar olanları cəzalandıracağına əminliyini bildirib.

Mənbə: Sport 24