“Şəhadətin 28- ci zirvəsi”adlı tədbir keçirilmişdir

20:36 28-01-2022 562

27 yanvar 2022-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş İmanov Natiq Rəşxan oğlunun anım gününə həsr olunmuş “Şəhadətin 28- ci zirvəsi”adlı tədbir keçirilmişdir. Keçirilən tədbirdə rayon idarə müəssisə rəhbərləri, şəhidin ailə üzvləri,vetiranlar , qazilər,İmamverdilər kənd tam orta məktəbin müəllim və şagird kollektivi, döyüş yoldaşları, eləcə də mətbuat nümayəndələri iştirak etmişdirlər.

   Anım tədbiri Azərbaycan Respublikasının  Dövlət Himninin səsləndirilməsilə başlanıb, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

  Tədbirdə çıxış edənlər şəhidin müharibədə göstərdiyi şücaətindən, Silahlı Qüvvələrin Ali Baş Komandan müzəffər İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədən, şəhid Natiq İmanovun keçdiyi döyüş yolundan söhbət açılaraq, bildirilib ki,Şəhid İmanov Natiq 1992-ci ilin may ayında həqiqi hərbi xidmətə çağırılmış, Beyləqan Özünü müdafiə Batalyonunu  sıralarında Füzuli bölgəsində döyüş yolu keçmişdir.  İgidliyi və qorxmazlığı ilə seçilən Şəhidimiz ağır döyüşlər zamanı dəfələrlə döyüş yoldaşlarının həyatlarını xilas etmişdir. Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən ağır döyüşlər zamanı 1994-cü il yanvar ayının 27- də qəhrəmancasına Şəhidlik məqamına ucalmışdır. Böyüyüb boya-başa catdığı İmamverdilər kəndində dəfn olunmuşdur. Şəhidliyi özlərinə ömür payı biçən bu cür Vətən oğullarının, şəhidlərimizin döyüş yolu, göstərdikləri şücaət isə hər bir gəncə, hər bir Azərbaycan vətəndaşına örnəkdir.

Sonda məktəblilərin hazıraladiqları kompazisiyalar səsləndirilb.