SÖZLÜ SEHRLİ DÜNYA XXI

19:47 05-02-2022 256

 

    2020-ci ilin ən böyük  hadisəsi  Qarabağ və ətraf rayonlarımızın erməni işğalından azad olunması oldu. Azərbaycan igidləri 44 gün davam edən Vətən müharibəsində işğalçı ermənistan ordusunu darmadağın edərək ata-baba torpaqlarımızı düşməndən azad etdi. Sliahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərkərdəliyi ilə müzəffər Ordumuz  düşmən üzərində şanlı qələbə çalaraq  yeni tarix yazdı. Qələbə sevinci bütün Türk dünyasının sevincinə səbəb oldu. Bu döyüşlərdən qələbə ilə çıxan Azərbaycanın şanlı ordusu, onun əsgər və zabitlərinin  cəsurluğu, qəhrəmanlığı, şücaəti  şair və yazıçılarımızı ilhama gətirdi. Yeni-yeni qəhrəmanlıq dastanları yarandı...

   Eyni zamanda 2020-ci ildə şa­ir və ya­zı­çı­la­rı­mı­z , söz adam­la­rı da di­gən in­san­lar ki­mi dün­ya­nın ən dəh­şət­li  CVİD-19 vi­ru­su ilə də rast­laş­dı­lar. Al­la­ha çox şü­kür­lər ol­sun ki, bu vi­rus­la mü­ba­ri­zə­də dün­ya xalq­la­rı həm­rəy­lik, bir­lik gös­tə­rə­rək  bir­gə mü­ba­ri­zə­yə qalx­mış­lar. İnşəallah bu düşmənə də qalib gələrik...

  Zamanın süz­gə­cin­dən ke­çə­rək “Sözlü sehrli dünya” ədəbi məclisinin söz adamları 2021-ci ildə növbəti dəfə si­zin­lə gö­rü­şə gə­lir, əziz oxu­cu­lar. Antologiyamızın hər sayında sizlərə yeni şeirlər ərmağan etmişik. Gənc yazarlarla, şair və yazıçılarla sizləri tanış etmişik. Bu yaradıcı insanların yaradıcılıqları ilə, onların  söz dünyasına səyahət etmisiniz.

2021-ci ilin dekabr ayı inşəallah, antologiyamızın XXI cildi işıq üzü görəcək.  Antologiyamızın  XXI sayında da  şairlərimizin, yazıçılarımızın  qələbə əhval ruhiyəli, lirik şeirlərini, hekayələrini sizlərə təqdim edirik.

    Bu sa­yı­mız­da ta­nın­mış şa­ir və ya­zı­çı­lar­dan El­man İs­ra­fi­loğ­lu, Gül­xas Sə­məd­li, Gi­ya Paç­xa­taş­vi­li (Gür­cüs­tan), Zöh­rə Qa­ra­qı­zı, Hacı İlham Qurbanoğlu,Müslim Anar (Türkiyə),Fa­mil Ha­cı­soy, Hi­da­yət Ağa­lar, İsa Zey­na­loğ­lu, Tahir İsmayılov,Ək­bər Mil­li, Ra­quf Kim­sə, Ba­ba­ki­şi Bey­lə­qa­ni (Ru­si­ya Fe­de­ra­si­ya­sı), El­dar Həs­rət,Əlizamin Hüseynli (Qızılbaş),Ta­hir Hü­seyn,Vi­da­di Hi­da­yət, Bin­nət Əli­yev, Ramilə Atəş, Könül Səssiz, Cezair Cengiz (Türkiyə),Əjdər Əliyev,  Sabit Mehdiyev, Arifə Mübarizli, Gülüstan Gəncəli,Eyvaz Avşar, İslam Həsənov, Sona Yaqubqızı, Xıdır Orucoğlu,Əbülfət İmanov,Seyid Qismət, Məmməd Qədirov, Oq­tay Mir­zə­ye­vin şe­ir­lə­ri, he­ka­yə­lə­ri və pub­li­sis­tik  ya­zı­la­rı­na ge­niş yer ay­rıl­mış­dır. Hər bir ya­za­rı­mı­za uğur­lar di­lə­yir, mü­­qəd­­dəs sö­­zə da­­ha mə­­su­­liy­­yət­­lə ya­­naş­­ma­­ğı töv­­si­­yə edi­­rik. Antologiyamızın bu sayında  sözə pənah gətirən  bütün şair və yazıçılarımızı təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.