“ZƏFƏR YOLUNUN YOLÇULARI” ADLI SƏRGİ VƏ MÜHAZİRƏ TƏŞKIL OLUNMUŞDUR

10:12 12-02-2022 179

   08 fevral 2021-ci il tarixdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Tarix-Diyarşünaslıq muzeyində növbəti dəfə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Zəfər yolunun yolçuları” adlı sərgi və mühazirə təşkil olunmuşdur.

  Sərgidə Beyləqan rayon Milstroy qəsəbə  şəhidləri  Quliyev Hüseyn Aydın oglu, Dadaşzadə Yalçın İsmayıl oglu, Dadaşzadə Kənan Elman  oglu,  və Yuxarı Kəbirli kənd şəhidi Hüseynli Elxan İsrail  oglunun fotoşəkilləri, hərbi və mülki geyimləri, şəxsi əşyaları nümayiş olunmuşdur.
    Şəhid ailələrinin və raynda fəaliyyət göstərən müxtəlif idarə və müəssisələrin nümayəndələrinin, məktəblilərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, ardınca Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi yad edilmişdir.
    Beyləqan rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Mehriban İsgəndərova sərginin keçirilməsi məqsədindən, Vətən müharibəsində qazanılmış qələbədən bəhs etmiş, muzeyin  işçiləri  Nuranə Cahangirli, Arzu İsmayılova, Kəklik Qarahüseynli, Nərmin Fərhadzadə sərgisi təşkil olunmuş şəhidlər haqqında məlumat vermişlər.Tədbirdə çıxış edənlər: Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova, "Quruluş"qəzetinin təsisçisi və baş redaktoru,  AJB,AYB-nin üzvü Elman İsrafiloglu, Beyləqan rayon MKS- nin şöbə müdiri İfrat Məhərrəmov, Mədəniyyət Mərkəzinin işçisi Elnur Qarabaglı  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun imza atdığı tarixi Qələbədən, Vətən müharibəsində Ali Baş Komandan, Milli Ordu və Xalqın sarsılmaz birliyinin  müharibənin qələbə ilə bitməsində müstəsna rolundan  danışmışlar.


   Çıxışlarda şəhidlərin ruhuna göstərilən ehtiramdan söhbət açılıb, onların fədakarlıqlarının unudulmayacağı söylənilib. Şəhid ailələri isə övladları ilə bağlı xatirələrini bölüşüblər.
   sonra N.Allahverdiyev adına Beyləqan .əhər 1 nömrəli tam  orta məktəbin şagirdləri şəhidlərə, Vətənə aid şeirlər səsləndirdilər.
    Tədbir iştirakçıları şəhidlərimizin xatirələri ilə yaxından tanış olub, onlar haqqında daha dərin məlumatlar əldə etmişlər. Tədbirdə şəhid ailələri və döyüş vaxtı qəhrəmanlıq göstərmiş şəhidlərimizin son görüntüləri nümayiş olunmuşdur.Tədbirin sonunda xatirə şəkilləri çəkdirilmişdir.


   Tədbir  pandemiya qaydalarına uygun təşkil  olunmuşdur.

Xəbər lenti